Haqqımızda Reklam
14 
Okt
2025
18:47
7
11
416

Parlament müəyyən şəxslərin siyasi fəaliyyətini qadağan edən qanun layihəsini müzakirəyə çıxarır

15 oktyabr tarixində Parlament birinci oxunuşda və təcili prosedurla bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik paketini müzakirə edəcək. 24News.ge xəbər verir ki, qanun layihəsinə əsasən, bəzi şəxslərə partiya üzvü olmaq, siyasi vəzifə tutmaq və seçkilərdə namizədliyini irəli sürmək hüququ qadağan ediləcək. Qanunvericilik paketi hakim "Gürcü Arzusu" partiyasının təşəbbüsü ilə hazırlanıb. Dəyişikliklər “Gürcüstan Konstitusiya Məhkəməsi haqqında”, “Vətəndaşların siyasi birləşmələri haqqında”, “Seçki Məcəlləsinə” və “Cinayət Məcəlləsinə” ediləcək. Layihəyə əsasən, konstitusiyanı pozmuş siyasi partiyalarla əlaqəsi olan şəxslərə seçki hüququ verilmir. Belə şəxslər nə parlamentə, nə də yerli özünüidarəetmə orqanlarına namizəd ola bilməyəcəklər. Onların hər hansı siyasi partiyanın üzvü olması və ya yeni partiya yaratması da qadağan edilir. Həmçinin, onlar yüksək dövlət vəzifələrini tuta və konstitusiya ilə müəyyən edilmiş orqanlara rəhbərlik edə bilməyəcəklər. Qanun layihəsində həmçinin qeyd olunur ki, fəaliyyət göstərən siyasi partiyalar bu kateqoriyaya aid şəxsləri üzv kimi qəbul edə və ya namizəd siyahısında təqdim edə bilməzlər. Əks halda, həmin partiyaların qeydiyyatının ləğvi məsələsi gündəmə gələcək. Bu tələblərin pozulması halında, siyasi partiyalar cinayət məsuliyyətinə cəlb oluna bilər.

www.24news.ge