Haqqımızda Reklam
29 
Okt
2025
18:01
18
10
4433

Kvemo Kartli qubernatoru Daur İsmayılovu meriya işçilərinə təqdim edib (VİDEO)

Kvemo Kartli bölgəsinin dövlət nümayəndəsi İlia Calağaniya yeni seçilmiş Marneuli meri Daur İsmayılovu meriya əməkdaşlarına təqdim edib. 24News.ge xəbər verir ki, təqdimat mərasimində dövlət nümayəndəsi yeni merə fəaliyyətində uğurlar arzulayıb və dövlət qurumları arasında səmərəli və əlaqələndirilmiş əməkdaşlığın vacibliyini vurğulayıb. O, Daur İsmayılov timsalında gənc kadrların yerli özünüidarəetmə orqanlarında fəaliyyətini yüksək qiymətləndirib və onun enerjili və bacarıqlı bir kadr olduğunu vurğulayıb. Daur İsmayılov isə çıxışı zamanı meriya əməkdaşlarına təşəkkür edib və Marneulinin inkişafının hər kəs üçün ortaq məqsəd olduğunu vurğulayıb. O bildirib ki, Marneuli Meriyası onun üçün tanış bir məkandır və dövlət qulluqçularının fəaliyyətlərinin arxasında nə qədər zəhmət, fədakarlıq və məsuliyyət dayandığını yaxşı bilir. Qarşıda bir sıra layihələr dayandığını və komanda ilə birlikdə bu layihələrin öhdəsindən gələ biləcəklərini qeyd edib. Tədbirdə dövlət nümayəndəsinin müavini Soso Alibegaşvili və Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze də iştirak ediblər. Qeyd edək ki, Kvemo Kartli dövlət nümayəndəsi İlia Calağaniya bundan əvvəl Bolnisi və Tetricğaro meriyalarında da olub və orada da yeni merlərin təqdimat mərasimlərində iştirak edib.

www.24news.ge