Haqqımızda Reklam
14 
Dek
2025
15:21
12
6
278

Axalkalaki bələdiyyəsində 3 dövlət məktəbi tam şəkildə bərpa olunub (FOTO)

Axalkalaki bələdiyyəsində yerləşən 3 dövlət məktəbində – Alastani, Kotelia və Dadeşi kənd orta məktəblərində tam reabilitasiya işləri aparılıb. 24News.ge xəbər verir ki, yenilənmiş təhsil infrastrukturu ilə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze tanış olub. Nazirlikdən bildirilib ki, Givi Mikanadze məktəblilərlə, müəllimlərlə və təhsil müəssisələrinin əməkdaşları ilə görüşüb, onları müasir standartlara cavab verən təhsil mühitində təhsillərini davam etdirmələri münasibətilə təbrik edib. Məlumata görə, nazir ilə birlikdə tam bərpa olunmuş məktəblərə Samtsxe-Cavaxeti bölgəsində dövlət nümayəndəsinin müavini Sergi Muşkudiani, Axalkalaki–Ninotsminda bələdiyyələri üzrə deputat Samvel Manukyan, Axalkalaki meri Melkon Makaryan və Axalkalaki Bələdiyyə Məclisinin sədri Ruben Palyan baxış keçiriblər. Aparılan infrastruktur işləri nəticəsində hər üç məktəbdə tədris sinifləri ilə yanaşı, təbiət elmləri və kompüter laboratoriyaları, akt zalı, idman infrastrukturu, rekreasiya məkanları yaradılıb. Eyni zamanda resurs otağı, həkim kabineti, yeməkxana və kitabxana fəaliyyət göstərir. Məktəblər təhlükəsizlik sistemləri ilə təmin olunub və əlilliyi olan şəxslər üçün tam uyğunlaşdırılıb – lift, panduslar quraşdırılıb, sanitar qovşaqlar adaptasiya edilib. Reabilitasiya işləri Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihələrin ümumi dəyəri 10 milyon laridən çox olub.

www.24news.ge