Haqqımızda Reklam
14 
Dek
2025
19:08
24
3
947

Xüsusi əməliyyat nəticəsində 28 xarici vətəndaş saxlanılıb (VİDEO)

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən xüsusi immiqrasiya nəzarəti tədbiri həyata keçirilib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstan ərazisində qanuni əsas olmadan yaşayan xarici vətəndaşların aşkar edilməsi məqsədilə keçirilən yoxlamalar zamanı müxtəlif obyektlərdə nəzarət tədbirləri aparılıb. Əməliyyat nəticəsində 28 xarici vətəndaş saxlanılıb. Saxlanılanlar İran, Hindistan, Nigeriya, Pakistan, Türkmənistan, Nepal, Syerra-Leone, Banqladeş, İordaniya, Efiopiya və Əfqanıstan vətəndaşlarıdır. Araşdırma zamanı həmin şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə olduqları müəyyən edilib. Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində saxlanılır, onların ölkədən deportasiyası üçün müvafiq prosedurlar davam etdirilir.

www.24news.ge