Haqqımızda Reklam
12 
Yan
2026
16:13
17
4
876

Hacıisə kəndinin sakinləri bir sıra sosial problemlərdən şikayətlənirlər (VİDEO)

Marneuli bələdiyyəsinin Hacıisə kənd sakinləri bir sıra problemlərlə üzləşirlər. 24News.ge xəbər portalına müsahibə verən kənd sakinləri bildiriblər ki, burada müxtəlif sosial çətinliklər mövcuddur. Onların sözlərinə görə, ən ciddi problem zibil qutularının olmamasıdır, bu isə kənddə anti-sanitar vəziyyət yaradır. Kənd sakinləri həmçinin bələdiyyə nəqliyyatı ilə bağlı da çətinlik çəkirlər. İctimai nəqliyyat kəndə gəlmədiyi üçün onlar 2–3 kilometr məsafə qət edib digər kəndlərin nəqliyyat xidmətlərindən istifadə etməli olurlar. Mövzu ilə bağlı daha ətraflı xəbər portalımızın əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

www.24news.ge