Haqqımızda Reklam
12 
Yan
2026
19:25
13
3
1219

Pensiya Fondu 2025-ci ilin statistik göstəricilərini açıqlayıb

Gürcüstan Pensiya Fondu 2025-ci il 31 dekabr tarixinə olan statistik məlumatları yayıb. 24News.ge xəbər verir ki, fondun məlumatına görə, pensiya sxeminə qoşulmuş iştirakçıların sayı 1 milyon 706 min nəfərə çatıb. Bildirilib ki, göstərilən tarixədək yığımlı pensiyadan 26 min 820 nəfər yararlanıb və onlara pensiya şəklində ümumilikdə 124 milyon lari ödənilib. Məlumata əsasən, 2025-ci ilin dekabr ayının sonuna Gürcüstan Pensiya Fondunun aktivlərinin həcmi 8,2 milyard larini, generasiya olunmuş gəlir isə 2,2 milyard larini ötüb.

www.24news.ge