Haqqımızda Reklam
12 
Avq
2026
18:40
14
3
509

GAİM-də Beynəlxalq Gənclər Günü qeyd olunub (FOTO)

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə “Gəncliyin enerjisi, gələcəyin gücü” adlı xüsusi tədbir keçirilib. 24News.ge xəbər verir ki, tədbir çərçivəsində gənclər şahmat oynayıb, rəsm çəkib, müxtəlif maraqlı və əyləncəli oyunlarda iştirak edərək asudə vaxtlarını səmərəli keçiriblər. Səmimi və pozitiv atmosferdə baş tutan görüş gənclərin yaradıcılıq və intellektual bacarıqlarının inkişafına, sosial ünsiyyətlərinin güclənməsinə, yeni dostluqlar qurmasına və ictimai fəallıqlarının artırılmasına töhfə verib. GAİM əməkdaşı Zülfinaz Əliyeva bildirib ki, bu cür tədbirlərin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq, onların yaradıcılıq və intellektual potensialının inkişafına dəstək olmaq, eləcə də gənclər arasında birlik və həmrəyliyi gücləndirməkdir. O qeyd edib ki, gənclərin ictimai və mədəni həyatda fəal iştirakının dəstəklənməsi GAİM-in əsas fəaliyyət istiqamətlərindən biridir. Belə təşəbbüslər gənclərə yeni bacarıqlar qazanmaq, öz potensiallarını nümayiş etdirmək və maraq dairələrini genişləndirmək üçün geniş imkanlar yaradır. Tədbirə Marneuli şəhərində fəaliyyət göstərən “SAPORİ Dİ İtalya” kafesi də xüsusi dəstək göstərib. Kafe tərəfindən tədbir iştirakçıları üçün İtaliya mətbəxinə aid müxtəlif təamlar təqdim olunub. Tədbirin təşkilində Cihangir Xasməmmədov, Günel Ələkbərova və Rabia Fatulayeva yaxından iştirak ediblər.

www.24news.ge