Haqqımızda Reklam
12 
Avq
2026
19:33
8
2
608

Qardabanidə 2,7 milyon lari dəyərində əmlakı dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb (VİDEO)

Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən və axtarışda olan şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan şəxs 2025-ci ildə vətəndaşa məxsus 2 milyon 741 min lari dəyərində daşınmaz əmlakı dələduzluq yolu ilə mənimsəyib. Bildirilib ki, həmin şəxs Rustavi Şəhər Məhkəməsinin qərarı əsasında axtarışda olub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Tbilisi Beynəlxalq Hava Limanı yaxınlığında saxlayıblar. Hazırda saxlanılan şəxs cəzaçəkmə müəssisəsinə köçürülüb.

www.24news.ge