Haqqımızda Reklam
12 
Sen
2026
21:33
11
10
1741

Eyvanın uçması nəticəsində orta yaşlı kişi həyatını itirib

Kutaisidə eyvanın uçması nəticəsində orta yaşlı kişi həyatını itirib. 24News.ge xəbər verir ki, hadisə Buxaidze küçəsində baş verib. Məlumata görə, kişi eyvanda dayanarkən konstruksiya qəfil uçub və o, aşağı düşüb. Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

www.24news.ge