Haqqımızda Reklam
17 
May
2021
12:24
22
9
6320

Daxili işlər nazirliyi Dmanisidə baş verənlərlə bağlı bəyanat yayır

Gürcüstan daxili işlər nazirliyi bu dəqiqələrdə Dmanisidə baş verən qarşıdurma ilə bağlı bəyanat yayır. 24News.ge xəbər verir ki, nazirlik qarşıdurmanın tərəflərini ictimai asayişi qoruyaraq, qanunun tələblərinə əməl etməyə çağırır. "Dmanisidəki qarşıdurmanın təkrar baş verməsinin qarşısının alınması məqsədilə nazirlik əməkdaşları əraziyə cəlb ediliblər və ictimai asayişi qoruyurlar. Daxili işlər nazirliyi bir daha qarşıdurma yaşayan tərəflərə polisin qanuni tələbinə əməl edərək, sabitliyi qorumağa və hadisəni süni şəkildə etnik qarşıdurmaya çevirməməyə çağırır,"-deyə bəyanatda bildirilir. Qeyd edək ki, bu dəqiqələrdə Dmanisi rayon mərkəzin qarşıdurma yaşanır. Rayon mərkəzinə toplaşan etnik azərbaycanlılar dünən onlara məxsus mağazaya edilən kütləvi hücumun dərhal araşdırılmasını tələb edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989