Haqqımızda Reklam
20 
Iyn
2021
15:09
8
15
3275

Rustavidə yaşlı kişi bıçaqla insanlara hücum edib (VİDEO)

Rustavi şəhərində yaşlı kişi insanlara qorxu dolu anlar yaşadıb. 24News.ge xəbər verir ki, şəhərin Dostlar (Meqobrobis Qamziri) prospektində yaşlı kişi əlində bıçaqla insanlara hücum edib. Məlumata əsasən, 60 yaşlı kişi əvvəlcə ərazidəki meyvə-tərəvəz satıcısının, daha sonra isə taksi sürücüsünün üzərinə hücuma keçərək, onları təhdid edib. O, həmçinin ərazidəki digər vətəndaşları da təhdid edib. Hadisə yerinə polis çağırılıb, ancaq yaşlı kişi qaçaraq gizlənib. Daha sonra polis onun kimliyini müəyyən edib və Tbilisidə yerləşən psixoloji diaqnostika mərkəzinə yerləşdiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989