Haqqımızda Reklam
21 
Iyn
2021
15:49
28
9
3113

Samirə Bayramova: "Gürcüstan parlamentində Novruzun milli bayram elan olunması məsələsinə baxılır"

"Bu gün Gürcüstan parlamentində 21 mart Novruz Bayramının ölkədə rəsmi bayram və qeyri iş günü olması təşəbbüsü müzakirə olunub". Bu barədə təşəbbüskar Samirə Bayramova 24News.ge xəbər portalına verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, müzakirə İnsan Haqlarının Qorunması və İnteqrasiya Komitetində gündəmə gətirilib. Bayramova, onun müzakirədə iştirak etməli olduğunu, lakin müzakirənin bu gün olduğuna dair parlamentdən rəsmi bir bildiriş almadığını və müzakirəyə dəvət olunmadığını bildirir. Buna görə də iclasın hansı nəticə ilə yekunlaşdığına dair məlumatının olmadığını qeyd edir. O həmçinin, iclasda azərbaycanlı millət vəkillərinin də iştirak etdiyini, lakin müzakirələrdə iştirak etmədiklərini bildirib. Qeyd edək ki, Samirə Bayramovanın daha geniş müsahibəsinə axşam saat 20:30-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989