Haqqımızda Reklam
20 
Iyl
2021
11:18
35
6
8128

Marneuli və Tbilisidə "oğru dünyası"nın 8 üzvü saxlanıldı (VİDEO)

Oğru dünyasına üzv və dəstək olmaq, həmçinin oğru dünyasına müraciət etmək ittihamı ilə Tbilisi və Marneulidə 8 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən saxlanılan şəxslər; 1969-cu il təvəllüdlü P.Q. ("Paliko" ləqəbli), 1980-ci il təvəllüdlü Z. Q. ("Muxo" ləqəbli), 1964-cü il təvəllüdlü C. Q. ("Cama" ləqəbli), 1995-ci il təvəllüdlü V. Q, 1983-cü il təvəllüdlü. D.D, 1991-ci il təvəllüdlü D.A, 1983-cü il təvəllüdlü V.Q. ("Lapuxa" ləqəbli), 1963-cü il təvəllüdlü A. O-dur. Nazirlik, saxlanılan şəxslərin iki nəfər arasında olan pul probleminin həlli üçün 2021-ci ilin aprel və mart aylarında Tbilisidə yerləşən evlərin birində "oğru yığıncaqları" təşkil etdiklərini və problemi "oğru yolu" ilə həll etdiklərini bildirir. Faktla bağlı, Cinayət Məcəlləsinin 223-cü bəndi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989