Haqqımızda Reklam
26 
Iyl
2021
11:22
34
7
6683

Azərbaycan və Gürcüstan arasında avtobusla gediş-gəlişin bərpası müzakirə olunub

Paytaxt Tbilisidə Azərbaycan – Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və yüksək texnologiyalar Nazirliyi məlumat yayıb. Məlumata görə, beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclasında ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub. İclasda Azərbaycanla Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq “COVID-19” pandemiyası şəraitində hər iki dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib. Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib. Daşımaların inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb. Qeyd edək ki, sözügedən protokolda yaxın vaxtlarda müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsi ilə bağlı aidiyyəti strukturlara müraciət edilməsi nəzərdə tutulub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989