Haqqımızda Reklam
27 
Iyl
2021
13:09
32
42
10471

Gürcüstanda sürücülük vəsiqəsi almaq istəyənlər yeni qaydada imtahan verəcəklər

Gürcüstanda sürücülük vəsiqəsi almaq istəyənlər 2022-ci ilin martından etibarən praktika imtahanının bir hissəsini küçədə verməli olacaq. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin parlamentə təqdim etdiyi qanun layihəsində qeyd olunub. Sözügedən layihəyə əsasən, B və BE kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyənlər 14 mart 2022-ci ildən, digər kateqoriyalarda sürücülük vəsiqəsi almaq istəyənlər isə 3 oktyabr 2022-ci ildən etibarən həm teoriya, həm qapalı məkanda praktika, həm də küçədə praktika imtahanı verməli olacaq. Həmçinin imtahanların ödəniş qiymətində də dəyişiklik ediləcək. B və BE kateqoriyalı imtahana girmək istəyən şəxslər, imtahanın küçədə keçirilməsi üçün 90 lari, qapalı məkanda praktika və teoriya imtahanı üçün isə 40 lari (ümumilikdə 120 lari) ödəməli olacaq. Digər kateqoriya üçün isə imtahana girmək istəyən şəxslər imtahanın küçədə keçirilməsi üçün 150 lari ödəməli olacaqlar. Bundan başqa, imtahan veriləcək küçələrdə kameralar yerləşdiriləcək, əgər imtahan nəticəsi ilə bağlı kiminsə etirazı olarsa, onda müraciət edərək görüntülərlə tanış ola biləcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989