Haqqımızda Reklam
28 
Iyl
2021
14:39
22
8
1504

Rusiya tərəfindən açıqlama: "Gürcüstanla uçuşların bərpasını müzakirə etməyə hazırıq"

"Rusiya Gürcüstanla aviareyslərin bərpasını nəzərdən keçirməyə hazırdır". 24News.ge xəbər verir ki, bu barədə çərşənbə günü "Rusiya - İslam Dünyası: KazanSummit 2021" XII beynəlxalq iqtisadi zirvə toplantısı zamanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin jurnalistlərə bildirib. Jurnalistlərin sualını cavablandıran millət vəkili deyib: "Biz hava nəqliyyatının bərpası problemini müzakirə etməyə hazırıq. Düşünürəm ki, bu məsələ gec -tez həll olunacaq". Karasin aviareyslərin bərpası üçün konkret bir tarixin adını çəkməkdə çətinlik çəkib. O, sentyabr-oktyabr aylarında Rusiya Federasiyası ilə münasibətlərin tənzimlənməsi üçün Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə üzbəüz görüş keçirəcəyini bildirib. Onun sözlərinə görə, görüş üçün yer hələ razılaşdırılmayıb: "Hər şey pandemiyadan asılıdır. Bundan asılı olaraq görüşümüzün yerini müəyyənləşdirəcəyik". Karasin, Abaşidze ilə video bağlantı vasitəsi ilə tez-tez əlaqə saxladığını da əlavə edib: "Təmaslar olduqca faydalıdır, humanitar plan, nəqliyyat məsələləri də daxil olmaqla praktik məsələlərin həllində yaxşı nəticələr verir. İşlərimizi davam etdirəcəyik". Xatırladaq ki, Rusiya Prezidentinin fərmanına əsasən, 8 iyul 2019-cu ildən etibarən Rusiya hava yollarının Gürcüstana hava nəqliyyatı müvəqqəti qadağan edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989