Haqqımızda Reklam
29 
Iyl
2021
11:34
25
3
2421

Eks prezidentdən ağır sözlər: "Artıq Gürcüstanın üzərində beynəlxalq stajlı fırıldaqçılıq damğası var"

Sabiq prezident Qiorqi Marqvelaşvili, hakim "Gürcü Arzusu" partiyasının müxalifətlə imzaladığı 19 aprel razılaşmasının ləğvi ilə bağlı qərarı ciddi tənqid edib. 24News.ge xəbər verir ki, Marqvelaşvili bu addımı Gürcüstan dövlətçiliyinə ciddi bir zərbə olduğunu deyib. Onun sözlərinə görə, Artıq Gürcüstanın üzərində beynəlxalq stajlı fırıldaqçılıq damğası var: "Bu bizim dövlətçiliyimizə və beynəlxalq imicimizə çox ciddi bir zərbədir. Artıq bizim dövlətimiz elə bir vəziyyətdədir ki, imzaladığı heç bir bəyanatı qorumur və artıq üzərimizdə beynəlxaq fırıldaqçı damğası var. Belə bir ölkədə vətəndaşlar necə yaşamalı, bura necə investisiya qoymalı, biznes və hüquqi məsələlərdə necə sənəd imzalamalıdırlar, axı bizim ölkəmiz stajlı beynəlxalq fırıldaqçıya çevirilib. Hezab edirəm ki, bunun arxasında başqa bir güc dayanır və hakimiyyətə təminat verir ki, güc tətbiq edərək, aldadaraq, şantaj edərək, jurnalistləri döyərək idarəçiliyi əlində saxlasın. Bunu edən qüvvə şimaldadır, Rusiyadır. Bu ölkənin həvəsləndirməsi olmasaydı, hakimiyyət gürcü ictimaiyətinə, bizim beynəlxalq tərəfdaşlarımıza qarşı belə bir addım atmasını mümkünsüz hesab edirəm", - deyə Qiorqi Marqvelaşvili əlavə edib. Xatırladaq ki, Şarl Mişelin təklifi ilə 19 aprel tarixində hakim partiya və bir çox müxalif partiya arasında razılaşma sənədi imzalandı. Sənədin bir bəndinə qeyd olunub ki, hakim “Gürcü Arzusu” bu ilin okyabrında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə 43 %-dən az səs toplayarsa, ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır. Lakin ana müxalifət partiyası olan "Vahid Milli Hərəkat" bu günə qədər sözügedən sənədə imza atmayıb. Belə olan halda isə "Gürcü Arzusu" sənədə birtərəfli qaydada imza atmış hesab olunurdu.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989