Haqqımızda Reklam
29 
Iyl
2021
11:43
14
1
1300

ABŞ senatorları ortaq bəyanat yaydı: "Gürcüstana verilən yardımlar şərtlər əsasında verilə bilər"

"Gürcüstanda demokratiyanın irəliləməsinin uğursuz olması, Gürcüstana verilən yardımların şərtlər əsasında verilməsinə gətirib çıxara bilər, Gürcüstanın Avropa Birliyi və NATO-ya üzv olmaq istəklərini təhdid edə bilər və ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinə xələl gətirə bilər, belə nəticədən isə yalnız Rusiya faydalanır". 24News.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun 19 aprel razılaşmasını tərk etməsi ilə bağlı Amerika Birləşmiş Ştatları senatorlarının ortaq bəyanatında qeyd olunub. Bəyanatda, Gürcü Arzusunun 19 Aprel müqaviləsindən birtərəfli şəkildə imtina etməsi çox məyus edici olduğu da qeyd olunub: “ABŞ, Avropa Birliyi ilə ortaq şəkildə, kritik əhəmiyyətə malik məhkəmə və seçki islahatlarına yol açan güclü, çox partiyalı bir razılaşma əldə etmək üçün, Gürcüstan siyasi partiyaları ilə sıx əməkdaşlıq etdi. Seçilmiş bütün partiyaların müqaviləni imzalamaması və ya razılaşmanın vicdanla yerinə yetirilməməsi məyus edici oldu. Gürcüstanın demokratik inkişafının bu həlledici vaxtında, Gürcü Arzusunun 19 Aprel müqaviləsindən birtərəfli şəkildə imtina etmək niyyətini açıqlaması daha da məyus edici oldu. Hakim partiya, siyasi fikir ayrılıqlarını bir kənara qoyub gürcü xalqına xeyir gətirəcək əhatəli, çoxpartiyalı parlament prosesi aparmağa borcludur. Amerika Birləşmiş Ştatları Senatının millət vəkilləri olaraq, oktyabr ayında keçiriləcək azad və ədalətli seçkilərə və qanunun aliliyinin möhkəmləndirilməsinə sadiq qalmağa, seçki və məhkəmə islahatlarının vicdanla həyata keçirilməsinə çağırırıq. Gürcüstanda demokratiyanın irəliləməsinin uğursuz olması yardımların şərtləndirilməsinə gətirib çıxara bilər, Gürcüstanın Avropa Birliyi və NATO-ya üzv olmaq istəklərini təhdid edə bilər və ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinə xələl gətirə bilər, belə nəticədən isə yalnız Rusiya faydalanır", - deyə bəyanatda qeyd olunub. Sözügedən bəyanata Cin Şahin, Ron Conson, Cim Riş, Ben Kardin, Rob Portman Kris Van Hollen və Con Barasso imza atıb. Qeyd edək ki, baş verən siyasi gedişatla bağlı həmçinin, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays şəxsi Twitter hesabı vasitəsi ilə fikir bildirib: "Gürcü Arzusu Partiyasının 19 Aprel Sazişindən çıxması, lazımi islahatlar yolu ilə ölkənin razılaşdırılmış irəliləyişini pozur və siyasi böhranlara qayıdış riskini yaradır. Bütün tərəfləri Gürcüstanın Avroatlantik inteqrasiyasını inkişaf etdirmək üçün birlikdə çalışmağa çağırırıq", - deyə Prays qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989