Haqqımızda Reklam
29 
Iyl
2021
12:06
18
25
7842

Tbilisidə həkim azərbaycanlı gənclərə qəbul edilməz ifadələr işlədib: "Öz ölkənizə getdiyinizdə bu qədər tələbkar olun"

Tbilisidə azərbaycanlı gənclərin çağırdığı təcili tibbi yardım briqadasının həkimi onlara qarşı etnik ayrı-seçkilik edib. 24News.ge xəbər verir ki, bu barədə "Salam Platforması"nın yayımladığı bəyanatda qeyd olunub. Bəyanata əsasən, həkim onlara "öz ölkənizə getdiyinizdə həkimlərə qarşı bu qədər tələbkar olun" deyib: "İyulun 28 -də, axşam saatlarında Tbilisinin mərkəzində yerləşən Salam Platformasının ofisində bir üzvümüzün halı pisləşdi. Dərhal saat 18:05-də təcili yardım çağırdıq. Bir saat 5 dəqiqə gecikən təcili yardım briqadası (avtomobil nömrəsi OO-953-VO) ofisə gəldikdən sonra aqressiv və etik olmayan davranışlar sərgiləyərək həkimin peşəkar standartlarını kobud şəkildə pozdu, bu zaman təşkilatın bir neçə üzvü həkimlərə töhmət verdi. Xəstə müayinəsi zamanı briqada üzvlərindən biri bizdən haradan gəldiyimizi soruşdu, təbii ki, cavabımız Gürcüstan vətəndaşı olduğumuz və oxşar məzmunlu sualların yanlış olması idi. Həkimlər xəstə müayinəsinə baxmayaraq bizə xəstə müayinə protokolunu vermədilər. Eyni zamanda, çölə çıxdıqdan sonra onları yola salan üzvlərimizdən birinə həkimlərdən biri 'öz ölkənizə getdiyinizdə həkimlərə qarşı bu qədər tələbkar olun' dedi", - deyə platformanın açıqlamasında bildirilib. Platforma üzvləri, həmin həkimin açıq şəkildə üzr istəməsini və ya işdən çıxarılmasını tələb edirlər: "Tbilisinin mərkəzi bölgəsində gürcü dilində səlis danışan Gürcüstan vətəndaşlarına qarşı Gürcüstanın səhiyyə sistemi belə danışıb və bu cür rəftar ortaya qoyarkən, bölgələrdəki etnik azlıq vətəndaşları üçün sərt və dözülməz bir reallığı təsəvvür edə bilirik. Qeyd olunan həkimdən Gürcüstanın etnik azlıqları qarşısında açıq şəkildə üzr istəməsini və ya işdən çıxarılmasını tələb edirik", - deyə platformanın yaydığı bəyanatda qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989