Haqqımızda Reklam
29 
Iyl
2021
13:07
19
6
5125

Qaraçöpdə yeni fəaliyyətə başlayan İcma Mərkəzinin açılışı olub (FOTO)

Saqareco Bələdiyyəsinin Qaraçöp ərazi birliyində bir qrup gənclərin təşkilatçılığı ilə “Qaraçöp İcma Mərkəzi” fəaliyyətə başlayıb. 24News.ge xəbər verir ki, açılış mərasimində bir sıra tanınmış sənət adamları, ziyalılar və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar, gənclərə yeni fəaliyyətlərində uğurlar arzulayıb və Qaraçöpdə belə bir mərkəzin fəaliyyətə başlamasını yüksək qiymətləndiriblər. Xatırladaq ki, Qaraçöp kəndində bir qrup könüllü fəal gənclər tərəfindən icma mərkəzi təsis olunub. Mərkəzin məqsədi, bölgə gənclərinin aktivliyini təmin etmək və müxtəlif sahələrdə kurslar və görüşlər təşkil etməkdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989