Haqqımızda Reklam
29 
Iyl
2021
15:17
27
1
3074

Nika Melia parlamenti tərk etdi

"Vahid Milli Hərəkat"ın sədri Nika Melia parlamenti tərk edib. 24News.ge xəbər verir ki, Melia bu barədə keçirdiyi brifinq zamanı açıqlama verib. Onun sözlərinə görə, parlamenti tərk etmə səbəbi oktyabr seçkilərində mübarizə aparmasıdır: “Şəxsən mən oktyabr referendumu üçün mübarizə aparacağam və parlementi tərk edirəm. Bu o deməkdir ki, mən deputat mandatından ayrılıram və Elene, dostlarım və gürcü xalqı ilə birlikdə ən vacib referenduma qatılıram", - deyə N. Melia qeyd edib. Xatırladaq ki, Nika Melia Birləşmiş Müxalifət və bir neçə müxalif partiyaların namizədi olaraq, oktyabrda keçiriləcək yerli özünüidarəetmə (mer) seçkilərində Tbilisi meri uğurunda mübarizə aparacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989