Haqqımızda Reklam
10 
Sen
2021
15:15
10
32
1664

Baş nazirdən açıqlama: "Qarşıdakı 3 ildə seçki keçirilməyəcək"

"Yaxın 3 ildə seçkilər keçirilməyəcək, insanlar dincələcək və hər birimiz iş üzərində cəmləşəcəyik". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili deyib. Baş nazir qeyd edib ki, bu seçkilər ölkə üçün çox böyük əhəmiyyət kəsb edir: “Bu gün komandamızın və partiyamızın alternativi yoxdur. Ölkənin dinc və sabit inkişafını davam etdirməsi üçün təbii ki, hər bir şəhərdə və hər bir bələdiyyədə qalib gələcəyik. Bu seçkilər çox böyük əhəmiyyət kəsb edir, çünki biz bələdiyyə başçılarımızı, yəni xalqımıza yerində xidmət edəcəkləri seçirik. Həmçinin qeyd etmək istərdim ki, yaxın 3 ildə ölkədə artıq seçkilər keçirilməyəcək, insanlar dincələcək və hamımız iş, əmək və inkişaf üzərində cəmləşəcəyik. Bu bizim əsas vəzifəmiz olmalıdır". Baş nazir çıxışında qeyd edib ki, qarşıdakı 3 il ölkə üçün inkişaf ili olacaq: "Önümüzdəki üç il ərzində 2 milyard 500 milyon lari sərmayə qoymağı planlaşdırırıq. Ən azı 100 min yeni iş yeri açılacaq və 1300-ə yaxın yeni müəssisə maliyyələşdiriləcək, bu layihələri və proqramları bölgələri bərabər şəkildə inkişaf etdirəcək şəkildə paylamışıq. Hər bir bölgənin, hər bir bələdiyyənin potensialını və mənbələrini araşdırdıq. Turizmin inkişafı, o cümlədən kənd təsərrüfatı sahəsində ciddi proqramlara başlamağı planlaşdırırıq. Mənim tapşırığımla bütün nazirliklər uzunmüddətli inkişaf planı hazırlayırlar. Bu çərçivədə bütün bələdiyyələrdə yeni turizm məkanları yaradılacaq və bərpa ediləcəkdir", - deyə baş nazir İ. Qaribaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989