Haqqımızda Reklam
20 
Sen
2021
10:45
13
10
1765

Marneulidə "Avropalı Gürcüstan" partiyasının daha bir üzvü partiyanı tərk etdi...

Marneulidə "Avropalı Gürcüstan" partiyasının majoritar siyahısının üzvü Mahmud Əhmədov, sözügedən partiyanı tərk edib. Bu barədə o, 24News.ge xəbər portalına açıqlama verib. M. Əhmədov qeyd edib ki, "Avropalı Gürcüstan" partiyasının sıralarında çox aktiv fəaliyyət göstərməsinə baxmayaraq ona qarşı çox haksızlıqlar olunub. Əhmədovun sözlərinə görə, partiyada onun təklifləri dəyərləndirilməyib və burada qeyd etmək istəmədiyi bir sıra ona qarşı yanlış addımlar olub. Əhmədov edilən haqsızlıqlar səbəbindən həm partiyanı, həm də partiyanın majoritar siyahısını tərk etdiyini bildirib. O, artıq majoritar siyahıda olan qeydiyyatın ləğv edilməsi ilə bağlı bu gün Dairə Seçki Komissiyasına ərizə təqdim etdiyini bildirib. Xatırladaq ki, iki gün öncə "Avropalı Gürcüstan" partiyasının proporsional siyahısının üzvü Eldəniz Keçəlov da partiyanı və siyahını tərk edib. Qeyd edək ki, Əhmədovun daha ətraflı müsahibəsinə axşam saat 20:30-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında baxa bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989