Haqqımızda Reklam
20 
Sen
2021
11:29
9
17
1078

Baş nazir Qaribaşvili ABŞ-a yola düşür...

Baş naziri İrakli Qaribaşvili bu gün ABŞ-a yola düşür. 24News.ge xəbər verir ki, İ. Qaribaşvili sentyabrın 20-dən 25-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edəcək. Baş nazir BMT tribunasından 24 sentyabrda ümumi debat iştirakçılarına müraciət edəcək. Qaribaşvili çıxışında Gürcüstanın və beynəlxalq ictimaiyyətin qarşısında duran problemlərə və onların həllində birgə səylərin vacibliyinə diqqət yetirəcək. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, təhsil və elm naziri Mixeil Çxenkeli və Hökumət Administrasiyasının rəhbəri İliya Darçyaşvili daxildir. Qeyd edək ki, toplantı çərçivəsində hökumət başçısının yüksək səviyyəli ikitərəfli görüşləri də planlaşdırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989