Haqqımızda Reklam
20 
Sen
2021
16:01
22
5
2305

İmamquliyevdən partiyanı tərk edənlər barədə açıqlama: "Ya pul alıblar, ya da DTX tərəfindən..."

Əhməd İmamquliyev “Avropalı Gürcüstan” partiyasının Marneuli Bələdiyyə Məclisinə namizəd olaraq təqdim etdiyi şəxslərin partiyanı tərk etmələrində Dövlət Təhlükəsizlik Xidmətini günahlandırır. Bu barədə “Avropalı Gürcüstan” partiyasının Marneuli üzrə qərargah rəhbəri və mer namizədi Əhməd İmamquliyev, 24News.ge xəbər portalına müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, partiyanı tərk edən şəxslər ya pul alıblar, ya da DTX tərəfindən hədə-qorxuya məruz qalıblar. O həmçinin, "Avropalı Gürcüstan" partiyasının Marneulidə "Gürcü Arzusu"na qələbə çalacaq gücə malik olduğuna görə, onun tərəfdaşlarına bu cür təzyiqlər və pul təklifləri olunduğunu bildirir. İmamquliyev, partiyanı tərk edənləri zəif bənd adlandırır və Avropalı Gürcüstan partiyasında güclü və siyasi prinsipyal şəxslərin yeri olduğunu bildirib. Qeyd edək ki, İmamquliyevin daha ətraflı müsahibəsinə axşam saat 20:30-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxlışında baxa bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989