Haqqımızda Reklam
21 
Sen
2021
12:04
25
6
5697

Dmanisi sakini Cavid Əliyevin qətli ilə bağlı 3 nəfər saxlanıldı...

Dmanisi sakini Cavid Əliyevin qətlində ittiham olunan 3 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, saxlanılan şəxslərdən 2-si keçmiş məhkum olub. Məlumata görə, Cavid Əliyevin qətli qisas zəminində baş verib. Məlumatda qeyd olunub ki, saxlanılan şəxslərdən 2 nəfər, Dmanisi sakini olan 28 yaşlı Cavid Əliyevi 18 sentyabrda qaçırıblar, daha sonra isə onu qətlə yetirib Algeti çayına atıblar. Saxlanılan digər şəxs isə cinayəti ört-basdr edərək aidiyyatı orqanlara bildirməməkdə ittiham olunur. Faktla bağlı, Cinayət Məcəlləsinin 143-cü, 109-cu və 376-cı bəndləri ilə cinayət işi açılıb. Saxlanılan şəxslərdən qətli törədən 2 nəfərin günahı təstiqlənərsə 7 ildən 17 ilədək, cinayəti ört-basdr etməkdə ittiham olunan üçüncü şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir. Xatırladaq ki, Dmanisi rayonunun İpnari (Kirov) kənd sakini Cavid Əliyev, üç gün bundan öncə itkin düşüb. Onun cəsədi bu gün Marneuli rayonunda Algeti çayının ətrafında aşkar edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989