Haqqımızda Reklam
21 
Sen
2021
14:49
20
12
7775

Marneuli bazarında bıçaqlanma hadisəsi baş verib (FOTO)

Bu gün saat 14:00 radələrində Marneuli bazarında bıçaqlanma hadisəsi baş verib. 24News.ge xəbər verir ki, hadisə zamanı 17 yaşlı gənc satıcını bıçaqlayıb. Şahidlərin sözlərinə görə, gənc oğlan satıcıdan siqaret aldığı zaman aralarında sözlü mübahisə baş verib. Yaranan mübahisədən sonra 17 yaşlı gənc yaşlı satıcını bıçaqlayaraq hadisə yerindən qaçıb. Satıcı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb və onun həyatı üçün ciddi təhlükə olmadığı bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989