Haqqımızda Reklam
21 
Sen
2021
15:54
25
23
7968

Marneulidə qətlə yetirilən gəncin ölümü ilə bağlı bir neçə yeni detallar məlum olub

Dmanisi sakini Cavid Əliyevi qətlə yetirən şəxslər onun bədəninə ağır daş bağlayaraq çaya atıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 2 nəfər 18 sentyabr tarixində Dmanisi sakini olan 28 yaşlı Cavid Əliyevi qisas zəmnində əl-ayaqlarını bağlayaraq zorla qaçırıblar. Ardından isə C. Əliyevi Marneulinin kəndlərindən birinə aparıb, orada bədəninə ağır daş bağlayıb Algeti çayına atıblar. Daha bir aldığımız məlumata görə, Cavid Əliyevi qətlə yetirən şəxslər iki qardaşdır və onlar Cavid Əliyevin dostları olublar. Faktla bağlı, qrup halında əvvəlcədən razılaşaraq insanı azadlıqdan məhrum etməyi, ağırlaşdırılmış mühitdə cinayət törətməyi və cinayəti ört-basdr edərək aidiyyatı orqanlara bildirməməyi nəzərdə tutan Cinayət Məcəlləsinin 143-cü, 109-cu və 376-cı bəndləri əsasında 3 nəfər saxlanılıb. Qətli törədən 2 nəfərin günahı təstiqlənərsə 7 ildən 17 ilədək, cinayəti ört-basdr etməkdə ittiham olunan üçüncü şəxs isə 3 ildən 7 ilədək həbs oluna bilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989