Haqqımızda Reklam
21 
Sen
2021
17:12
15
42
10568

Son Dəqiqə! Dmanisidə qarşıdurma yaşandı - Yaralılar var (VİDEO)

Dmanisidə müxalifət və iqtidar tərafdarları arasında qarşıdurma yaşanıb. 24News.ge xəbər verir ki, bununla bağlı video görüntülər yayılıb. Hadisə zamanı iki nəfərin bıçaqlandığı bildirilir. "Vahid Milli Hərakat"ın millət vəkili Kaxa Okriaşvili, baş verənlərdə "Gürcü Arzusu"nun tərəfdarlarını günahlandırıb. Onun sözlərinə görə, Dmanisinin Qantiadi kəndində keçirilən görüş zamanı "Gürcü Arzusu"nun fəalı Zurab Okmelaşvili, "Gürcü Arzusu"nun majoritar namizədi Mixeil Dautaşvili və onun oğlu Davit Dautaşvili müxalifətin fəallarına hücum ediblər. Okriaşvili, hücum zamanı 2 nəfər müxalif fəalın bıçaqlandığını və həmin anın görüntülərinin olduğunu bildirir. Əldə olunan video görüntüləri sizə təqdim edirik:

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989