Haqqımızda Reklam
21 
Sen
2021
20:24
24
3
1512

Batumidə palmaya bənzər süni ada inşa ediləcək (FOTO)

Acariya hökuməti Qara Dənizin Batumi hissəsində palmaya bənzər süni ada inşa etməyə hazırlaşır. 24News.ge xəbər verir ki, bu barədə Acariya hökumətinin sədri Tornike Rijvadze, İmedi TV-nin efirində bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq müəyyən bir investisiya qrupu ilə razılıq əldə olunub: "Biz artıq müəyyən bir investisiya qrupu ilə Batumidə Palma-ya bənzər yeni, süni bir adanın tikiləcəyi barədə razılığa gəlmişik. Olduqca böyük bir sərmayə qoyulacaq. Bu il dərin araşdırmalara başlayacağıq. Beynəlxalq memarları, dizaynerləri, inşaatçıları Batumiyə dəvət edəcəyik və layihənin xüsusi iqtisadi səmərəliliyi təsdiqlənən kimi inşasına başlayacağıq. Bir neçə yüz milyon dollar sərmayə qoyulacaq. Bu, bir tərəfdən əhəmiyyəti ilə bənzərsiz bir layihə olacaq və biz dünyanın tərəqqisi ilə ayaqlaşa və dənizdə yeni bir turizm məkanı yarada biləcəyik, digər tərəfdən isə bu sahədə yeni iqtisadi imkanlar və iş yerləri əlavə edəcəyik", - deyə T. Rijvadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989