Haqqımızda Reklam
21 
Sen
2021
23:05
5
29
1644

Kobaxidze Dmanisidə baş verənlərdən danışdı: "Bu ağır hadisənin heç bir izahı ola bilməz"

"Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze, Dmanisidə seçicilərlə görüş zamanı "Vahid Milli Hərəkat" partiyasının aktivistlərinə edilən hücum barəsində danışıb. 24News.ge xəbər verir ki, Kobaxidze baş verən insidentdə günahkarların cəzalandırılmalı olduqlarını bildirib. O, həmçinin ölkədə şiddətə təkan verən partiyanın "Vahid Milli Hərakat" olduğunu bildirib: "Günahkarlar cəzalandırılmalıdırlar. Dmanisidə gördüyümüz bu ağır hadisənin heç bir izahı ola bilməz. Bu bizim mövqeyimizdir. Hadisəni kim və hansı partiyanın nümayəndəsi tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Bu ölkədə şiddətə təkan verən, nifrət və digər hissləri oyadan yeganə partiya Vahid Milli Hərəkatdır". Onun sözlərinə görə, hakim partiya baş vermiş hadisə ilə bağlı üzərinə heç bir məsuliyyət götürmür və bu məsuliyyət bəzi siyasətçilərə və televiziya kanallarına aiddir: "Bu hadisə 3 aylıq seçki kompaniyası ərəfəsində yeganə insidentdir və bunun heç bir izahı ola bilməz. Mən hansı məsuliyyəti üzərimə götürməliyəm? Kimsə kimisə yaralayıb. Siz üzərinizə məsuliyyət götürməlisiniz ki, hər gün televiziyanız vasitəsilə nifrət, zülmkarlıq yayımlayırsınız. Məsuliyyəti Nika Qvaramia, Nodar Meladze və Saakaşvili üzərinə götürməlidir. Bu quduzlar ümumiyyətlə ölkədə baş verənlərlə bağlı məsuliyyəti öz üzərlərinə götürməldirlər", - deyə Kobaxidze bildirib. Xatırladaq ki, bu gün müxalif "Vahid Milli Hərəkat" partiyasının Dmanisi merliyinə namizədi Giorgi Tatuaşvili təbliğat və təşviqat kampaniyası çərçivəsində Qantiadi kəndində keçirdiyi görüş zamanı onlara hücum olunub və iki nəfər biçaqlanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989