Haqqımızda Reklam
22 
Okt
2021
14:52
22
8
1920

Təhsil nazirliyi distant rejimə keçən məktəblərin və siniflərin sayını açıqlayıb

"Hazırda ölkə üzrə koronavirus aşkar olunan 219 məktəb və 493 sinif distant təhsilə keçib". 24News.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, son bir həftə ərzində müəllimlərin 1,1%, tələbələrin isə 0,5%-ində koronavirus təsdiqlənib ki, bu da əvvəlki həftə ilə müqayisədə azalma deməkdir. Nazirlik hazırda ümumi məktəblərin onlayn rejimə keçilməsi barədə hər hansı qərarın olmadığını bir daha qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989