Haqqımızda Reklam
22 
Okt
2021
17:55
28
4
809

Azərbayacanın Gürcüstandakı səfirliyi icma mərkəzlərinə Azərbaycan dilində kitablar təqdim edib

Bu gün, 22 oktyabr tarixində Azərbayacanın Gürcüstandakı səfirliyi Marneulidə fəaliyyət göstərən icma mərkəzlərinə 1430 ədəd kitab təqdim edib. 24News.ge xəbər verir ki, kitablar Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzində təqdim olunub. İcma mərkəzlərinin rəhbərləri ilə görüşən Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov qeyd edib ki, səfirliyə edilən müraciət əsasında bu gün Marneulidə fəaliyyət göstərən icma mərkəzlərinə 1430 kitab gətirilib. A. Rəsulov gələcəkdə bu sahədə icma mərkəzlərinə və ya müraciət olunan kitabxanalara bu sahədə Azərbaycan Resbublikasının dəstək ola biləcəyini bildirib. Görüşdə iştirak edən icma mərkəzlərinin rəhbərləri və üzvləri göstərilən diqqət və qayğıya görə, Azərbaycanın Gürcüstandakı səfirliyinə və şəxsən Faiq Quliyevə xüsusi minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan dilində təqdim edilən kitablar əsasən, Dünya ədəbiyyatı, Müasir Azərbaycan Ədəbiyyatı, Gürcüstanda yazıb yaratmış azərbaycanlı şair və aişıqlara aid kitablardır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989