Haqqımızda Reklam
22 
Okt
2021
18:33
9
28
6307

Marneulidə futbol məşqçisi olaraq fəaliyyət göstərən Qurban Əliyev həbs olunub

Marneulidə futbol məşqçisi kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Qurban Əliyev, 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 24News.ge xəbər portalına Q. Əliyevin vəkili Əli Bədirov məlumat verib. Onun sözlərinə görə, müdafiə etdiyi Q. Əliyevi cinsi zorakılıqda ittiham edərək ona böhtan atılıb. Ə. Bədirov Tbilisi Şəhər Məhkəməsinin hakimi İza Kelenderidze və məhkəmənin qərarı barədə Appelyasiya Məhkəməsinə şikayət edəcəklərini bildirib. Qeyd edək ki, Qurban Əliyev 2 ilə yaxındır ki, yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989