Haqqımızda Reklam
10 
Yan
2022
11:48
12
33
2904

Baş nazirdən açıqlama: "Gürcüstanda on minlərlə yeni iş yeri açılacaq"

"Mövcud sosial siyasəti dəyişmək və əhali üçün iş yerləri yaratmaq, yoxsulluğu azaltmaq lazımdır, buna görə də Gürcüstanda on minlərlə yeni iş yeri açılacaq" 24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili, hökumətin bu günkü iclası zamanı bildirib. Onun sözlərinə görə, bununla bağlı kənd təsərrüfatı naziri Levan Davitaşvili Avropaya gedib və ictimai iş yerlərinin yaradılması üçün bir neçə ölkə nümunəsi hazırlayıb: “Bizim əsas vəzifəmiz yoxsulluğun azaldılması və iş yerlərinin yaradılmasıdır. Mənim təşəbbüsümlə ictimai iş yerlərinin yaradılmasına başlayırıq. Levan Davitaşvilinin rəhbərlik etdiyi qrup Avropaya getmişdi. Bir neçə ölkə nümunəsi hazırlandı və artıq biz bunu həyata keçirməyə başlayırıq. On minlərlə yeni iş yeri açacağıq. Mövcud sosial siyasəti dəyişmək və əhali üçün iş yerləri yaratmaq, yoxsulluğu azaltmaq lazımdır. Bu il bizim əsas məqsədimiz bu olmalıdır", - deyə İ. Qaribaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989