Haqqımızda Reklam
10 
Yan
2022
18:08
10
49
4035

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadzenin deklarasiyasında olan mülkü bəlli oldu

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze bir il ərzində 49 200 lari maaş aldığı barədə açıqlama verib. 24News.ge xəbər verir ki, A. Giorgadze bu barədə 8 sentyabr 2021-ci il tarixdə Marneuli Bələdiyyə Məclisinin sədri olaraq yazdığı sonuncu deklarasiyasında qeyd edib. Giorgadze həmin deklarasiyada, daşınmaz əmlak olaraq öz adına Tbilisidə 102,2 kv.m-lik mənzili olduğunu, həmin evin 2020-ci ildə ona hədiyyə edildiyini, həmçinin, Saimerlo kəndində 2011-ci ildə atadan irsi olaraq keçən 1343 kv.m-lik həyət evi olduğunu qeyd edib. O, həmin deklarasiyada, həyat yoldaşının adına olan 3 ayrı torpaq sahəsinin olduğunu da qeyd edib. Onlardan biri Marneulinin Kostava küçəsində yerləşən 1132 kv.m-lik torpaq sahəsidir ki, həmin sahəni 2020-ci ildə 56 600 lariyə aldığını, digəri isə elə həmin küçədə yerləşən 386 kv.m-lik daha bir torpaq sahəsidir, həmin sahəni də 2020-ci ildə 19 300 lari vəsait müqabilində aldığını, son olaraq isə Marneuli Aerodromu yaxınlığnda yerləşən 3000 kv.m-lik torpaq sahəsi olduğunu və həmin sahəni də 2017-ci ildə 15 000 lariyə aldığını qeyd edib. Giorgadze həmin deklarasiyada şəxsi avtomobilinin olmadığını, sadəcə həyat yoldaşının "HONDA" FİT model avtomobili olduğunu qeyd edib. O, həmçinin deklarasiyanı yazdığı zaman nəğd pulu olmadığını, ancaq bank hesablarında 1 908 lari vəsait olduğunu qeyd edib. A. Giorgadze, Marneuli Bələdiyyə Məclisinin sədri olaraq son bir il ərzində 49 200 lari gəlir əldə etdiyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989