Haqqımızda Reklam
19 
Yan
2022
14:11
19
27
5317

Elektrik enerjisi üçün ayrılan subsidiyanın hansı ailələrə veriləcəyi bəlli oldu

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən aztəminatlı ailələr üçün yeni subsidiya programı ilə bağlı əlavə məlumat verilib. 24News.ge xəbər verir ki, nazirlik 150 min və daha az sosial balı olan aztəminatlı ailələrin 200 kVt/saatadək elektrik enerjisi pulunun dövlət tərəfindən ödəniləcəyini bildirib. İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnavanın məlumatına əsasən, sözügedən subsidiya programı 2023-cü ilədək davam edəcək : “Bildiyiniz kimi, 2020-ci ilin dekabr ayında Covid Pandemiyası dövründə müxtəlif obyektiv səbəblərdən elektrik enerjisi tariflərində müəyyən artım oldu. Bu artımdan sonra 2020 və 2021-ci illərin müxtəlif dövrlərində hökumət müxtəlif kateqoriya insanlara subsidiya ayırmaq qərarına gəldi. Bu subsidiya həmişə istehlak olunan kilovatların miqdarına görə ayrılacaq. Düşünürük ki, yeni subsidiya programı pandemiyadan daha çox təsirlənən və ən çox ehtiyacı olan insanlara yönəldilməlidir. Bu səbəbdən yeni qərara əsasən, 2023-cü ilədək 150 min və daha az sosial balı olan aztəminatlı ailələrin 200 kVt/saatadək elektrik enerjisi pulu dövlət tərəfindən ödəniləcək",- deyə nazir Turnava bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989