Haqqımızda Reklam
20 
Yan
2022
10:50
21
2
1005

Baş nazir və Türkiyə səfiri Gürcüstana bu ölkədən dərmanların gətirilməsini müzakirə ediblər

Baş nazir İrakli Qaribaşvili Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb. Məlumata əsasən, söhbət zamanı tərəflər arasında müzakirə olunan əsas məsələlərdən biri Türkiyə bazarının açılması və Gürcüstanda dərmanların qiymətlərini xeyli aşağı salacaq yüksək keyfiyyətli GMP standartlı dərmanların gətirilməsi olub. Görüş zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasına diqqət yetirilib. Danışıqlarda Gürcüstan və Türkiyə Respublikası arasında Azad Ticarət Sazişinin həyata keçirilməsi istiqamətində atılacaq gələcək addımlar da müzakirə olunub. Görüşün sonunda tərəflər siyasi və iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989