Haqqımızda Reklam
20 
Yan
2022
17:15
12
67
4593

Üç azərbaycanlı deputat parlamentdə il ərzində cəmi 3 dəfə çıxış ediblər

Parlamentdə 2021-ci ildə millət vəkilləri Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılov cəmi 3 dəfə çıxış ediblər. 24News.ge xəbər verir ki, bu barədə "Planqvis Dedektori" (israfçılıq dedektoru) təşkilatı parlamentdən əldə etdiyi sənədlər əsasında məlumat yayıb. Məlumata əsasən, ölkə parlamentində Zaur Darğallı 2 dəfə, Savalan Mirzəyev isə 1 dəfə çıxış edib. Parlamenti boykot etdiyinə görə müxalifət nümayəndəsi Abdulla İsmayılov isə heç çıxış etməyib. Qeyd edək ki, ​millət vəkillərinin aylıq əmək haqqı 4624-6740 lari arasında dəyişir. Əmək haqqı millət vəkillərinin parlamentdə əlavə olaraq komitələrdə təmis edildiklərinə görə də dəyişə bilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989