Haqqımızda Reklam
20 
Yan
2022
18:25
59
5
6578

Avropa Şurası Saakaşviliyə məktub göndərdi: "Sizin hüquqlarınızın qorunması..."

Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon Der Leyen, həbsdə olan eks prezident Mixeil Saakaşviliyə məktub göndərib. 24News.ge xəbər verir ki, Saakaşviliyə göndərilən məktubda onun atdığı bir sıra addımlar yüksək qiymətləndirilib. Məktubda bildirilib ki, Avropa Şurası və Avropa Komissiyası Mixeil Saakaşvilinin fundamental hüquqları ilə bağlı alınan qərarları xüsusi diqqətlə izləyəcək: "Hörmətli Mixeil bəy, 2014-cü ilin 14 oktyabrında göndərdiyiniz məktuba görə sizə təşəkkür edirik. Sizin Qori Hərbi Hospitalına köçürülməyinizlə bağlı razılığnızı və həmçinin aclıq aksiyasını dayandırmanızı alqışlayırıq. Gürcüstan hökumətinin məhkumun sağlamlığını, buna uyğun olaraq alternativ müalicə imkanını təmin etməklə bağlı hüquqi öhdəliyi var. Gürcüstanı insan hüquqları ilə bağlı Avropa konvensiyası qarşısında götürdüyü öhdəlikləri, həmçinin Strasburq məhkəməsi tərəfindən təyin edilmiş öhdəlikləri tam olaraq yerinə yetirməyə çağırırıq. Gələcəkdə növbəti deskalasiyanın baş tutması çox önəmlidir. Bu prosesə hakimiyyət və müxalifət öz töhvəsini verməlidir. Biz sizin fundamental hüquqlarınızın qorunması məsələsini, həmçinin sizinlə bağlı ədalətli məhkəmə haqqlarının istifadəsini xüsusi diqqətlə izləyəcəyik", - deyə məktubda bildirilir. Məktubda həmçinin qeyd olunub ki, ölkədə azad və ədalətli məhkəmənin olması Avropa İttifaqı və Gürcüstan əlaqələri üçün həlledici məsələdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989