Haqqımızda Reklam
20 
Yan
2022
20:19
30
4
644

İnkişaf və Təhsil mərkəzi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

İnkişaf və Təhsil mərkəzinin rəhbəri Emin Əhmədov və gənclər, Marneuli Bələdiyyəsinin Algeti kəndində 9 Aprel və 20 Yanvar şəhidlərinin şərəfinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar. 24News.ge xəbər verir ki, mərkəzin rəhbəri Emin Əhmədov gənclərə bu önəmli günün tarixi haqqında ətraflı məlumat verib və 20 Yanvar şəhidlərinin qanları bahasına tarixə adlarını yazdıqlarını qeyd edib. Emin Əhmədov, həmçinin qeyd edib ki, müstəqillik uğrunda canından keçən vətən oğullarının xatirəsini daim əziz tutmaq, xatırlamaq və yad etmək hər birimizin ən ümdə borcudur. Anım mərasimində Marneuli Bələdiyyə Məclisinin majoritar üzvü Mahir Bayramov çıxış edərək Azərbaycan və gürcü xalqlarının azadlığa gedən yolda oxşar talelər yaşadığını vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989