Haqqımızda Reklam
21 
Yan
2022
11:41
28
4
857

Müxalifət lideri: "Hökumət dərmanların qiymət probleminin həll ediləcəyi ilə bağlı xəyal qurur"

"Onlar Türkiyə bazarının açılacağı və qiymət probleminin həll ediləcəyi ilə bağlı sadəcə xəyal qururlar. Gürcü Arzusunun söz verib, həyata keçirdiyi ciddi bir işə aid bir misal belə çəkə bilməzsiniz". 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının aparıcı üzvlərindən olan Roman Qoçiridze, Gürcüstanın Türkiyədən dərman idxalı məsələsinə fikir bildirərkən deyib. Onun sözlərinə görə, hökumətin məsələyə yanaşması çox qeyri-ciddidir: "Bu, hakimiyyətin plan qurduğuı və daha sonra bu planla fəxr etdiyi birinci məsələ deyil. Deyirlər ki, Türkiyə bazarını açdıq və bu çox yaxşı haldır. 10 il ərzində niyə açmırdınız? Qaribaşvili hər çıxışında Qaxariaya söyür. Konkret soyad verməsə də, deyir ki, bunu edəcəkdik, mane oldular. Əslində isə bu, 10 il İvanişvilinin idarəçilik dövrünə aiddir, yəni İvanişvili heç bir addım atmadı. Onların belə bir xəyalı var və hesab edirlər ki, bir addımla hər şeyi həll edirlər. Misal üçün, Türkiyə bazarı açılacaq və bununla da qiymət problemi öz həllini tapacaq. Mən demirəm ki, bunun heç bir xeyri yoxdur, ancaq onların məsələyə yanaşması çox qeyri-ciddidir. Çünki 10 il ərzində Gürcü Arzusunun söz verdiyi və həyata keçirdiyi ciddi bir işə aid bir misal belə çəkə bilməzsiniz,"- deyə Qoçiridze əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989