Haqqımızda Reklam
21 
Yan
2022
11:52
29
9
4106

Onlayn tədrislə bağlı 23 869 nəfər valideyin Təhsil Nazirliyinə müraciət edib

Ölkə miqyasında həftə ərzində 23 869 şagirdin valideyini uzaqdan təhsil (onlayn) metoduna keçmək üçün nazirliyə müraciət edib. 24News.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyindən bildirilib. Məlumata əsasən, həftə ərzində həmçinin 4 842 valideyin də övladlarının aldıqları disdant təhsilin dayandırılması və tədrislərinin sinif otaqlarında davam etməsi barədə nazirliyə ərizə təqdim ediblər. Nazirliyin açıqlamasına görə, disdant təhsilə keçmək istəyən şagirdlərin valideyinləri, həftənin Cümə axşamı günləri saat 00:00-18:00 aralığında https://online.emis.ge ünvanında qeydiyyatdan keçərək öz istəyini qeyd edə bilərlər. Qeyd edək ki, istənilən valideyin övladlarının disdant və ya üzbəüz təhsil almaları arasında seçim edə bilərlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989