Haqqımızda Reklam
16 
May
2022
22:26
30
9
1774

Xalq müdafiəçisi: "Bu günkü qərarla bəyan etdik ki, demokratik deyil, avtoritar ölkədə yaşayırıq"

"Bu günkü qərarla bəyan etdik ki, demokratik deyil, avtoritar bir ölkədə yaşayırıq". 24News.ge xəbər verir ki, bu barədə xalq müdafiəçisi Nino Lomcaria "Mtavari Arxi" telekanalının rəhbəri Nika Qvaramianın həbsinə münasibət bildirərkən deyib. Penitensiar xidmətə gələrək Qvaramia ilə görüşən xalq müdafiəçisi bildirib ki, məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək mükündür: "Buraya gəlməyimin məqsədi məhbusu görməkdir. Xalq müdafiəçisinin qiymətləndirməsinə görə onun haqqında qeyri-düzgün qərar verilib. Hesab edirəm ki, bu məsələ ilə bağlı nəinki cinayət məcəlləsi ittihamı, heç korporativ hüquq pozuntusu ilə bağlı belə ittiham edən tərəf uğur qazana bilməzdi. Düşünürük ki, bununla bağlı qanun prinsipləri, Avropa konvensiyasının 7-ci maddəsi pozulub. Bu maddədə qeyd edilir ki, insana cinayət əməlləri ifadə etməyən fəaliyyətə görə hökm oxuna bilməz. Hesab edirəm ki, sözügedən hal ilə bağlı cinayət əməlləri mövcud deyildi", - deyə Lomcaria vurğulayıb. Onun sözlərinə görə, kritik media qurumlarının rəhbərlərinə qarşı həyata keçirilən bu cür fəaliyyətlərə avtoritar ölkələrdə rast gəlinir: "Bu cür faktlar avtoritar ölkələrdə baş verir. Bu günkü qərar ilə media azadlığının önəmli olduğu demokratik ölkədə deyil, avtoritar ölkədə yaşadığımızı demiş olduq", - deyə Lomcaria əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989