Haqqımızda Reklam
17 
May
2022
09:28
22
8
781

Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanın cavab reaksiyasına səbəb olacaq”

“NATO özünün geosiyasi siyasətindən kənara çıxır, digər regionlarda siyasətə təsir etməyə çalışır. Bu, bizdən diqqətli olmağı tələb edir”. 24News.ge xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib. Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında danışan Putin Rusiyanın bu dövlətlərlə probleminin olmadığını, bu dövlətlər hesabına genişlənmənin Rusiya üçün bilavasitə təhlükə yaratmadığını vurğulayıb. Bununla belə, o qeyd edib ki, bu ərazidə hərbi infrastrukturun genişlənməsi Rusiyanın cavab reaksiyasına səbəb olacaq: “Bu reaksiyanın necə olacağına yarana biləcək təhlükələrdən çıxış edərək qərar verəcəyik”, - deyə Putin bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989