Haqqımızda Reklam
23 
Iyn
2022
11:15
17
3
1607

Keçmiş qubarnatorun Marneulidə keçirilən görüşündə nələr müzakirə olunub?

Ötən gün, 22 iyun tarixində Kvemo Kartlinin keçmiş qubernatoru Levan Mamaladze Marneulidə xüsusi görüş keçirib. 24News.ge xəbər verir ki, Marneulidə yerləşən "Muğam" restoranında baş tutan görüşdə keçmiş millət vəkilləri, QHT rəhbərləri və ictimaiyyət adamları iştirak ediblər. Görüşə qatılan sabiq millət vəkili Azər Süleymanov və digər adının çəkilməsini istəməyən görüş iştirakçısı xəbər portalımıza bildirib ki, görüş səmimi xarakter daşıyıb və heç bir siyasi məqsəd daşımayıb. A. Süleymanov həmçinin bu görüşün sadəcə dostluq görüşü olduğunu bildirib: "Görüş Levan Mamaladzenin təklifi ilə baş tutub. Orada yer alan insanlar Mamaladze ilə uzun illər bir yerdə çalışan və ya dostluq münasibətləri olan insanlardır. Mən bildirmək istəyirəm ki, görüş zamanı heç bir siyasi söhbət olmayıb və nə iqtidardan nə də müxalifətdən söhbət belə açılmayıb. Çünki bu görüş sadəcə bir dostluq görüşü idi", - deyə A. Süleymanov bildirib. Qeyd edək ki, ictimaiyyət arasında Levan Mamaladzenin 2024-cü ildə ölkədə baş tutacaq parlament seçkilərində iştirak edəcəyi və bu səbəbdən də görüşlər keçirdiyi barədə məlumatlar yayılıb. Xatırladaq ki, Şevardnadze hökumətinin Kvemo Kartli üzrə keçmiş qubernatoru olan, 2006-cı ildə 17 il müddətinə azadlıqdan məhrum edilən və İnterpolun qırmızı sirkulyasiyası ilə axtarışa verilən Levan Mamaladze 19 il idi ki, Rusiyaya sığınmışdı. O, bir neçə ay əvvəl çıxarılan amnistiya əsasında məsuliyyətdən azad edilib və bu ilin 19 may tarixində Gürcüstana qayıdıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989