Haqqımızda Reklam
24 
Iyn
2022
14:43
14
22
597

Qaribaşvili: "Hökumətimiz namizəd statusunu ən qısa zamanda əldə etmək üçün səfərbər olunub"

"Hökumətimiz namizəd statusunu ən qısa zamanda əldə etmək üçün Avropa İttifaqının qarşıya qoyduğu bütün şərtləri vaxtında yerinə yetirməyə səfərbər olunub". 24News.ge xəbər verir ki, bu sözləri baş naziri İrakl Qaribaşvili az öncə keçirdiyi brifinqdə bildirib. Baş nazirin sözlərinə görə, Gürcüstanın bütün şərtləri ən qısa müddətdə yerinə yetirmək üçün əlavə motivasiyası var: “Dünən biz Avropa liderlərinin qiymətləndirmələrini, vədlərini, onların müəyyən etdiyi prioritetləri yerinə yetirən kimi Gürcüstana namizəd statusunun veriləcəyi ilə bağlı bəyanatlarını eşitdik. Bu, əlbəttə ki, Aİ-nin müəyyən etdiyi bütün şərtləri, bütün prioritetləri ən qısa müddətdə yerinə yetirmək üçün bizə əlavə motivasiya verir. Biz buna hazırıq. Hökumətimiz, namizəd statusunu tez bir zamanda əldə etmək üçün Avropa İttifaqının qoyduğu bütün şərtləri vaxtında yerinə yetirmək üçün səfərbərdir”. Eyni zamanda, İrakli Qaribaşvili Ukrayna və Moldovanı Aİ-yə namizəd statusunun verilməsi münasibətilə bir daha təbrik edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989