Haqqımızda Reklam
27 
Iyn
2022
18:58
24
9
3323

Keçmiş millət vəkili hökumətə səsləndi: "Dövlət qurumları hərəkətə keçməlidir"

"Dövlət qurumları hərəkətə keçməlidir. Demək olar ki, bütün sovetlərdən qalan korpus binaları mütəxəssis nəzarətindən keçirilməlidir". 24News.ge xəbər verir ki, bu sözləri keçmiş millət vəkili Ruslan Hacıyev, şəxsi "facebook" səhifəsində ötən gün Marneulidə yaşayış binasında baş verən faciə ilə bağlı fikir bildirərkən qeyd edib. O bildirib ki, sovetlərdən qalan binalar ciddi təhlükə mənbəyidir: "Marneulidə baş vermiş faciyə hər birimizi sarsıttı. Bu hadisələr onu deməyə əsas verir ki, tez bir zamanda aidiyatlı dövlət qurumları hərəkətə keçməlidirlər. Demək olar ki, bütün sovetlərdən qalan korpus binalarının dam örtükləri, eyvanları, zirzəmiləri və ümumiyyətlə bütün binalar mütəxəssis nəzarətindən keçirilməlidir. Hər birimizə aydındır ki, bir cox binaların zirzəmisi su ilə dolur və bu da çox ciddi təhlükələrə səbəb ola bilər. Son zamanlar tez-tez baş verməkdə olan zərzələlər, dövlət qurumlarını daha da məqsədyönlü addım atmağa yönəltməlidir", - deyə R. Hacıyev qeyd edib. Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 3 nəfər xəsarət alıb 2 nəfər isə həlak olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989