Haqqımızda Reklam
27 
Iyn
2022
20:41
31
12
5020

Gürcüstandan Rusiyaya gedən avtomobillər “Qırmızı körpü” və “Laqodexi" gömrük məntəqələrindən istfadə edəcəklər

Gürcüstandan Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələrinin sahibləri, “Qırmızı Körpü” və “Laqodexi” gömrük məntəqələrindən istifadə edib sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş iş nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kazbegi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989