Haqqımızda Reklam
15 
Avq
2022
11:23
12
22
6084

İmtahan verən müəllimlərin nəzərinə - İmtahanların nəticələri açıqlanıb

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi müəllimlər üçün 5 fənnin imtahanının nəticələrini açıqlayıb. 24News.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb. Məlumata əsasən, hazırda tarix, riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə testlərin nəticələri məlum olub. Nəticəni öyrənmək üçün imtahan verən müəllimlər online.naec.ge internet saytına daxil olaraq imtahan vərəqəsində göstərilən şəxsi nömrəni və doqquzrəqəmli kodunu müvafiq sahəyə daxil etməlidir. Şəxsi səhifədə imtahan verən şəxs öz işinin surətini və konkret fənn üzrə topladığı balı görmək imkanı əldə edəcək. Qeyd edək ki, apellyasiya ərizələri bütün fənlər üzrə nəticələr dərc edildikdən sonra qəbul ediləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989